Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Yaponiyada yaşayan xarici vətəndaşların sayı 2026-cı ilin iyun ayının sonuna 4,28 milyona çataraq rekord həddə yüksəlib.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya Xidmətləri Agentliyi açıqlama yayıb. Bildirilib ki, xarici sakinlər Yaponiya əhalisinin 3,4 faizini təşkil edir. Onların sayı 2025-ci ilin sonu ilə müqayisədə təxminən 155 min nəfər artıb.
Əcnəbilər arasında Çin, Vyetnam və Cənubi Koreya vətəndaşları üstünlük təşkil edir. Yaponiyada tələbə vizası ilə yaşayanların sayı 479,6 min nəfərə, mühəndislik və beynəlxalq xidmətlər sahələrində çalışan xarici mütəxəssislərin sayı isə 516,2 min nəfərə çatıb.
Bununla yanaşı, ölkədə əcnəbilər üçün bəzi viza qaydaları sərtləşdirilib. Biznes meneceri vizası üçün tələb olunan minimum kapital 5 milyon yendən 30 milyon yenə qaldırılıb. Nəticədə, 2026-cı ilin birinci yarısında bu viza ilə ölkəyə gələnlərin sayı 80,9 faiz azalaraq 635 nəfərə düşüb.
İyulun 1-nə olan məlumata görə, Yaponiyada qanunsuz yaşayan əcnəbilərin sayı isə 4,8 faiz azalaraq 65 min 229 nəfər təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















