Yaponiyada yerli vətəndaşların sayı azalmağa davam edir
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyada yerli vətəndaşların sayı son 42 ildə ilk dəfə 120 milyondan aşağı düşərək 119 milyon 736 min 483 nəfər təşkil edib.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 917 min nəfər azdır və 1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalmadır.
Məlumata görə, ölkənin 47 prefekturasından yalnız Tokioda yapon vətəndaşlarının sayı artıb. Xarici vətəndaşların sayı isə 354 min nəfər artaraq rekord həddə - 4 milyon 31 min 159 nəfərə çatıb. Xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 İyul 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















