Yaponiyanın adambaşına düşən ÜDMi ilk dəfə olaraq Cənubi Koreyadan geridə qalıb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın adambaşına düşən ÜDM-i ilk dəfə olaraq Cənubi Koreyadan geridə qalıb.
Banco.az xəbər verir ki, Yaponiyanın 2023-cü ildə adambaşına düşən nominal ümumi daxili məhsulu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 38 üzvü arasında 22-ci yerdə qərarlaşıb və indiyədək ən aşağı səviyyədə olub.
Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Yaponiyanın ABŞ dolları ilə ölçülən adambaşına düşən ÜDM-nin əvvəlki illə müqayisədə 0,8 faiz azalaraq 33 min 849 dollara (5,3 milyon yen) düşdüyü bildirilib.
1980-ci ildən, müqayisəli məlumatların tərtib olunmağa başlandığı vaxtdan bu yana ilk dəfədir ki, Yaponiya adambaşına düşən ÜDM-də Cənubi Koreyadan geridə qalır.
Ən sərfəli kredit üçün müraciət etQeyd edək ki, Cənubi Koreya adambaşına düşən ÜDM-i 35,563 dollarla 21-ci yerdədir. Yaponiyanın reytinqi isə 2022-ci ildə olduğu kimi 22-ci pillədə qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:136
Bu xəbər 25 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















