Yaponiyanın ən yaşlı sakini 115 yaşında vəfat edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 aprel, AZƏRTAC
Yaponiyada ölkənin ən yaşlı sakini kimi tanınan 115 yaşlı qadın Okagi Hayaşi həftəsonu ürək çatışmazlığından vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo news” agentliyi məlumat yayıb. Bildirilib ki, 1909-cu il sentyabrın 2-də anadan olmuş Hayaşi doğulduğu Qifu prefekturasının Toki şəhərindəki xəstəxanada vəfat edib. O, ötən ilin dekabrında 116 yaşına qədər yaşayan və dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtukanın ölümündən sonra Yaponiyanın ən yaşlı sakini olmuşdu.
Hazırda ölkənin ən yaşlı sakini Ayçi prefekturasının Kota şəhərində yaşayan 114 yaşlı Mayn Kondodur.
Bu mövzuda digər xəbərlər:Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi
11 Avqust 2025 04:42
Yaponiyanın keçmiş Baş naziri vəfat edib
17 Oktyabr 2025 09:08
Yaponiyanın ən çox mükafat alan Olimpiya çempionlarından biri vəfat etdi
18 Mart 2025 23:49
Yaponiyanın Sülh konstitusiyası
05 Avqust 2025 16:11
Yaponiyanın 102 yaşlı alpinisti Fuji dağının zirvəsində
26 Avqust 2025 17:41
Baxış sayı:76
Bu xəbər 28 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















