Yaponiyanın üç məşhur avtomobil şirkəti birlikdə memorandum imzaladı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Dünyanın üç böyük avtomobil şirkəti - "Honda", "Nissan" və "Mitsubishi" qarşılıqlı anlaşma memorandumu imzalayıb ki, bu da onlara birləşmə üzərində işə başlamağa imkan verəcək. Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiyanın üç avtomobil istehsalçısının prezidentləri birgə mətbuat konfransı zamanı məlumat veriblər.
Məlumata görə, sənəd şirkətlərə öz biznes prosesləri haqqında konfidensial (məxfi) məlumat mübadiləsi aparmağa imkan verir.
"Honda"nın prezidenti Tosihiro Mibenin sözlərinə görə, bu ona görə zəruridir ki, tərəflər birləşmənin onlar üçün nə qədər faydalı olacağını qiymətləndirə bilsinlər. O qeyd edib ki, hazırda söhbət ilk növbədə "Honda" və "Nissan" şirkətlərinin birləşməsindən gedir, "Mitsubishi" isə sonradan onlara qoşula bilər.
Danışığın iştirakçıları 2025-ci ilin iyun ayına qədər birləşmənin şərtləri ilə bağlı yekun razılaşmanı imzalamağa ümid edirlər. Gözlənilir ki, nəticədə holdinq şirkəti yaradılacaq və hər üç istehsalçı bu şirkətin tabeliyində fəaliyyət göstərəcək. Şirkətin 2026-cı ilin avqust ayına qədər yaradılması və səhmlərinin Tokio Fond Birjasına çıxarılması planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl Çin avtomobil istehsalçıları ilə artan rəqabət və elektromobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən "Honda Motor" və "Nissan Motor" şirkətlərinin birləşmək üçün ilkin danışıqlar apardığı ilə bağlı məlumat verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















