Yaponiyanın xarici işlər nazirindən İsrailə çağırış
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Yaponiyanın xarici işlər naziri İvaya Takeşi ilə israilli həmkarı Gideon Saar arasında telefon danışığı olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 dəqiqəlik danışıq zamanı İvaya bəyan edib ki, İsrailin bölgədəki Qəzzadakı hərbi əməliyyatları dinc əhalinin böyük itkiləri və aclıq da daxil olmaqla, humanitar vəziyyətin pisləşməsi ilə nəticələnib.
Bu vəziyyət tamamilə qəbuledilməz olduğunu deyən Yaponiya XİN başçısı Təl-Əviv hökumətini Qəzzada humanitar böhrana dərhal son qoymaq üçün konkret tədbirlər görməyə çağırıb.
Rəsmi Tokionun bölgədə iki dövlətli həllə sarsılmaz dəstəyini qeyd edən İvaya deyib: “İsrail bölgədə sülh prosesinin yenidən başlanmasına mane olacaq bütün birtərəfli hərəkətləri dərhal dayandırmalıdır”.
İvaya İsraili hərbi təzyiq olmadan diplomatik danışıqlar yolu ilə davamlı atəşkəsə nail olmaq üçün yenidən səy göstərməyə çağırıb.
İsgəndər Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Sentyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















