Yaponiyanın yeni baş naziri Trampın arzusunu gerçəkləşdirmək niyyətindədir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampa öz arzusunu gerçəkləşdirməsinə kömək etmək qərarına gəlib. O, Nobel Sülh Mükafatına Trampın namizədliyini irəli sürmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Nippon TV" kanalı yayıb.
Bildirilib ki, Takaiçi bu qərarını oktyabrın 28-də ABŞ lideri ilə danışıqları zamanı açıqlamağı planlaşdırır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Barak Obama Nobel Sülh mükafatını "boş yerə" alıb. Tramp qeyd edib ki, Obama pis prezident olub, lakin onun fikrincə, Bayden ondan da pis olub.
Amerika lideri, həmçinin zarafatla bildirib ki, Nobel Sülh Mükafatını almaq ümidini itirməyib, lakin bu dəfə mükafatı 2026-cı ildə almağa ümid bəsləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















