Yaponların məşhur tualeti görənləri TƏCCÜBLƏNDİRİR VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Yaponiyada quraşdırılan müasir ictimai tualetlər sosial mediada böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, texnologiya nümunəsi sayılan bu tualetlər şəhərlərin müxtəlif nöqtələrində istifadəyə verilib.
Ən diqqətçəkən məqam isə onların qeyri-adi quruluşudur. Belə ki, kənardan baxdıqda tualetin içi tam açıq və şəffaf görünür. Lakin istifadəçi içəri daxil olub qapını bağladıqdan sonra şüşə kabin bir anda matlaşaraq daxili tamamilə görünməz edir.
Bu innovativ sistem həm təmizlik, həm də təhlükəsizlik baxımından düşünülüb. Şəffaf vəziyyət tualetin boş və ya təmiz olduğunu göstərir, qapı bağlandıqda isə məxfilik tam qorunur.
Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayılaraq izləyicilər arasında müzakirələrə səbəb olub. Bəziləri bu ideyanı yüksək texnologiyanın uğurlu tətbiqi kimi dəyərləndirsə də, digərləri ilk baxışda qeyri-adi və təəccüblü olduğunu qeyd ediblər.
Musa
Milli.Az
Baxış sayı:163
Bu xəbər 09 May 2026 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















