Yaqub Mahmudovun daha iki yetirməsi fəlsəfə doktoru oldu
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tarixçi alimlər Nigar Camalova və Günay Heydərli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci il 2 sentyabr tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüblər.
Sherg.az xəbər verir ki, gənc alimlərin hər ikisinin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudovdur.
Nigar Camalovanın və Günay Heydərlinin elmi işləri müvafiq olaraq “Ararat (Ermənistan) Respublikasının Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti” və “Roma papalarının Azərbaycan Səfəvi imperiyası ərazisində dini siyasəti (XVI-XVII əsrlər)” adlanır.
Qeyd edək ki, Yaqub Mahmudovun elmi rəhbərliyi ilə 79 nəfər fəlsəfə və elmlər doktoru yetişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















