Icma.az
close
up
RU
Yaralı vəziyyətdə əsir düşmüş azərbaycanlı: Ermənilər hər gün işgəncə verirdilər

Yaralı vəziyyətdə əsir düşmüş azərbaycanlı: Ermənilər hər gün işgəncə verirdilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.

O, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub. O, avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.

“Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə isti su tökürdülər”.

O, dekabrın 14-də Azərbaycana təhvil verilib. Əsirlikdən qayıtdıqdan sonra dörd dəfə əməliyyat olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.(azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri