Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Yaranması müşkülə düşən Avropa ordusu İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər ANALİZ

Yaranması müşkülə düşən Avropa ordusu İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər ANALİZ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Sovetlərin dağılması ilə bir sıra beynəlxalq təşkilatların, hakimiyyətlərin, hətta dövlətlərin belə istifadə müddəti başa çatıb. Məsələn, NATO vaxtı ilə SSRİ-nin Şərqi Avropa ölkələrinə hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə yaranmışdı. Belə örnəklərin sayı çoxdur.

Son illər Avropa İttifaqı ilə ABŞ arasında müəyyən fikir ayrılıqları Alyansın gələcəyilə bağlı bədbin proqnozların verilməsinə səbəb olub.

Rusiyanın Ukrayna ərazisinin bir hissəsini işğal etməsi, Vaşinqtonun atəşkəslə bağlı danışıqlar aparmasına baxmayaraq, müharibənin davam etməsi qitənin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırıb. Sanki Avropa İttifaqı dərin yuxudan qəfil oyanıb. Məlum olub ki, onun təhlükəsizliyi ABŞ-nin nəzarəti altındadır. Habelə Aİ Ştatların yedəyinə çevrilib.

Elə Ukrayna uğrunda savaşa qurumun liderləri Almaniya və Fransanın ləng qoşulması, İranın nüvə proqramına fərqli münasibət, Rusiya ilə əməkdaşlıq, Çinlə razılaşmalar və başqaları tərəflərin fikir ayrılıqları olan məsələlərdəndir.

Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyində Avropa İttifaqı kənarda qalıb. O, danışıqlar prosesində demək olar görünmür. Yaxud aprelin 12-də ABŞ-İran görüşündən az qala İttifaqın xəbərsiz olması tərəflər arasında ziddiyyətli məqamlardandır. Qeyd edək ki, Ştatlarla İslam Respublikası arasında keçirilən ikinci görüş ərəfəsində Avropa İttifaqı xarici işlər nazirləri İranın yeddi vətəndaşına və zindana məsul olan iki şəxsinə sanksiya tətbiq edib.

Bəllidir ki, NATO ABŞ-nin nəzarəti altında olan hərbi-siyasi blokdur, ona görə də Avropa ordusunun yaradılması vacibdir.

Son aylar Aİ-yə üzv ölkələrin Ukraynaya qoşun yeritməsi məsələsi daha çox müzakirə olunur. Güman edilir ki, İttifaqın bu ölkəyə mümkün qoşun yeritməsi Avropa ordusunun yaradılmasının başlanğıcı olacaq.

Almaniyanın Avropa Xalq Partiyası, onun Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber deyib ki, Ukraynada sülhün təmin edilməsi NATO daxilində Avropa ordusunun yaradılması üçün başlanğıc nöqtəsi ola bilər. O, Almaniyanın gələcək kabinetini ABŞ-dən daha az silah almağa çağırıb. Partiya sədrinin sözlərinə görə, Almaniya hökumətinin hərbi tədarük fondlarının təxminən 80 faizi ABŞ məhsullarına xərclənib: “Bundan sonra avropalı vergi ödəyicilərinin pulları məhsul alınmasına və iş yerlərinin yaradılmasına yönəldilməlidir”.

Avropada belə hesab edirlər ki, Ağ evin sahibinin dəyişməsi Avropa İttifaqına münasibətdə də təsirsiz ötüşmür. Veber vurğulayıb ki, Avropa bir daha heç vaxt təhlükəsizliyi və rifahını “Ağ Evdə oturandan” asılı vəziyyətə salmamaldır: “Biz indi müdafiə məsələlərində Avropa təhlükəsizlik arxitekturasını qurmalıyıq. 2030-cu ilə qədər Aİ özünü müdafiə edə biləcək qədər güclü olmalıdır".

Ukraynada müharibə səbəbindən əsasən İttifaqa üzv ölkələrinin hərbi xərcləri 2023-cü ildə pik həddə çatıb. Son illərdə qurum üzvlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə onlar bu istiqamətdə 279 milyard avro sərmayə qoyublar. Bu, 2022-ci ilə müqayisədə 10 faiz çoxdur.

Belə güman edilir ki, müdafiə xərcləri 2014-cü ildə Rusiyanın Krım yarımadasını işğalından sonra artmağa başlayıb.

2004-cü ildə yaradılan Avropa Müdafiə Agentliyinin icraçı direktoru İrji Şedivi bildirib ki, Avropa müdafiə tədqiqatları, texnologiya investisiyaları sahəsində ABŞ və Çindən geri qalır: “Avropanın gələcəyini təmin etmək üçün innovasiya və birliyə üstünlük verməliyik”.

 Avropalılar daxili tələbatı ödəmək məqsədi ilə daha çox silah istehsal etməyin vacibliyini vurğulayırlar.

Tarixə görə, Avropa ordusunun yaradılmasına Fransa mane olub. 1954-cü il avqustun 30-da bu ölkənin parlamenti Qərbi Almaniya, İtaliya və Beneluks ölkələri ilə birgə silahlı qüvvələrin yaradılması üçün “Avropa müdafiə birliyi” layihəsini rədd etmişdi.

Avropa ordusu indiki şəraitdə NATO-ya alternativ ola bilərdi. Ancaq uzun illər buna ABŞ-nin Şərqi Avropadakı müttəfiqləri etiraz etmişlər. Ona görə bu ideya reallaşmayıb. Sovetlər dağılandan sonra Avropa İttifaqı hərbi korpusu formalaşıb.

2016-cı ildə Donlad Trampın birinci dəfə prezident seçilməsi ilə Avropa İttifaqında ordu yaradılması ideyası yenidən aktuallaşdı.

Yunanıstan və Fransa 2021-ci ilin sentyabrında çoxmilyardlıq hərbi saziş imzalamışdı. Onda Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Avropa ordusunun ideyasını "yetkin təklif" adlandıraraq onun bu hərbi birləşməyə doğru ilk böyük addım olacağını demişdi.

Alyansın keçmiş baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Avropa İttifaqı NATO-suz özünü qoruya bilməz: “Avropa ordu formalaşdırmağa cəhd etməməlidir”.

Deyəsən, norveçli siyasətçi Aİ-nin potensialına daha yaxşı bələddir. Çünki o, Şimali Atlantika Alyansına 10 il rəhbərlik edib...

Bu qısa tarixi xatırlamalar Aİ-nin müdafiə və təhlükəsizlik sahəsində çətin vəziyyətə düşdüyünü deməyə əsas verir. Silah satışı üzrə Fransa və Almaniya dünya üzrə aparıcı yerlərdə olsalar da, bu amil Aİ-nin ordu qurmasına əsas ola bilmir. Çünki onlar ölkələrinin maraqlarını İttifaqdan da üstün tuturlar.

Odur ki, qitə üçün başlıca sual budur: Avropa İttifaqı ordu yaradacaq? Bu məsələ hüquqi baxımdan ilk növbədə referendumla həll edilə bilər. İttifaqın əhalisi, seçicilər bu ideyanın reallaşmasına nə qədər hazırdır? İkinci dünya müharibəsindən sonra ABŞ Şərqi Avropa ölkələrinin də yerinə düşünməyə başladı. Bu hal onlarda müəyyən arxayınlıq, tənbəllik yaratdı.

Avropa Yuqoslaviya dağılanda İkinci dünya müharibəsindən sonra ilk dəfə hərbi məsələdə sınaq qarşısında qalmışdı. Bunun öhdəsindən o gələ bilmədi. Avropa Bosniya və Herseqovinada müsəlman boşnakların soyqırımına məruz qalmasında daha çox suçludur. Yaxud Serbiya-Kosovo münaqişəsini də Avropa İttifaqı həll edə bilməmişdi. Bu problemin həllində ona yenə ABŞ yardım etmişdi. Ukraynanın Avropa İttifaqın üzv olmaq istəyi səbəbindən Moskva-Kiyev qarşıdurmasının müharibə səviyyəsinə çıxmamasına da Avropa İttifaqı mane ola bilmədi.

Ordu yaranarsa İttifaq yeni, Ştatlardan asılı olmayan real güc mərkəzinə çevrilə bilər. Çünki qurum bir vaxtlar öz valyutasını, avronu təsis edib dövriyyəyə buraxmaqla ABŞ dollarına alternativ olmaq gücünü nümayiş etdirməyə səy göstərdi. Ancaq bu uzun sürmədi. İndi ordu quruculuğu məsələsi Avropa İttifaqı üçün həlli vacib məsələ sayılır. Onun bunun öhdəsindən gələcəyi ehtimalı isə azdır. Belə bir ordunun isə NATO-nu əvəzləməsi çətindir. Bu, Avropa İttifaqı ölkələri Alyansdan çıxacağı halda mümkündür. Odur ki, ordu quruculuğu ittifaq üçün elə də asanlıqla başa gəlməz. Belə halda o, iki hərbi birləşəməni saxlamaq üçün maliyyə vəsaiti xərcləməlidir. Bu isə Aİ-nin dilemma qarşısında qoyacaq: NATO, yoxsa müstəqil Avropa ordusu.

Müdafiəsinin daha çox Alyansdan asılılığı onun da oxşar vəziyyətdə qalması deməkdir. Yenisi ABŞ-yə meydan oxumaqdır. Ştatlardan asılılıq içinə qapılma, hədəfsizliklə nəticələnər. Bütün bu kimi məsələlərin əksi ittifaqın sıradan çıxmasına səbəb olar.

Beləliklə, Avropa İttifaqının ordu yaratmaq istəyi qlobal müstəvidə yeni münasibətlər, maraqlar yaradar. Quruma üzv ölkələrin gücünün buna yetməsinə inam azdır. Ona görə də perspektivdə avropalıların ABŞ ilə münasibətlərinə yenidən baxması daha real sayılır...

Sədrəddin Soltan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri