“Yaraşıqlı olduğum üçün rol vermədilər”
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyəli məşhur aktyor və müğənni Emre Altuğ maraqlı etirafı ilə diqqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi İbrahim Selimin "YouTube" proqramına qonaq olarkən aktyorluq karyerası ilə bağlı bəzi çətinliklərdən danışıb. Altuğ bildirib ki, bəzən xarici görünüşü ona istədiyi rolları əldə etməyə mane olub.
Aktyorun sözlərinə görə, yaraşıqlı görünüşü səbəbindən bəzi obrazlara uyğun hesab edilməyib və bu səbəbdən bir sıra rolları itirib.
Emre Altuğ xüsusilə 2006-cı ildə çəkilmiş Eve Giden Yol filmi ilə bağlı xatirəsini bölüşüb. O bildirib ki, həmin ekran işində mənfi obrazı canlandırmaq istəyib, lakin əvvəlcə prodüser onun bu rola uyğun olmadığını düşünərək imtina edib.
Sənətçi daha sonra obraz üçün görünüşünü dəyişməyə çalışdığını və özünü daha sərt göstərmək üçün xüsusi səy göstərdiyini qeyd edib. Nəticədə prodüseri razı salmağı bacarsa da, hər kəsi inandırmağın mümkün olmadığını vurğulayıb.
Musa
Milli.Az
Baxış sayı:139
Bu xəbər 10 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















