Icma.az
close
up
RU
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur

Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yardımlı rayonu, Allar kənd sakini Rəhmanlı Fərəc Abizər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Allar kənd orta məktəbin direktoru Əbilov İlyas Xıdır oğlu qanunsuzluqla məşğuldur. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi dərc edirik:

“Mən, Rəhmanlı Fərəc Abizər oğlu, sizə Yardımlı rayonu, Allar kənd tam orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlunun qanunsuz fəaliyyəti və təsdiqlənmiş korrupsiya əməlləri barədə məlumat vermək istəyirəm.

Əvvəla qeyd edim ki, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının məsələyə biganə yanaşması, araşdırmanın qərəzli və qeyri-obyektiv aparılması, cinayət tərkibli əməllərin ört-basdır edilməsi və korrupsiya faktlarının cəzasız qalması başlıca haqsızlıqdır.

Təəssüf ki, Əbilov İlyas Xıdır oğlunun qanunsuz əməllərinə dair mövcud faktlar Yardımlı Rayon Prokurorluğuna, Lənkaran-Astara Regional Təhsil İdarəsinə,Yardımlı Rayon Təhsil Sektor müdiri Kamal Təhməzova bildirilsə də, bu məsələnin tam şəkildə araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi təmin edilməmişdir. Bu, təhsil sistemində qanunvericiliyin tələblərinin pozulmasının davam etməsinə və korrupsiya əleyhinə mübarizə prinsiplərinin sarsılmasına səbəb olur.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları göstərmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb direktoru olaraq vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. O, qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini pozaraq, artıq ödənişlərin təşkilinə və dövlət büdcəsinə ziyan vurulmasına şərait yaratmışdır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2023-cü il tarixli araşdırma materialları əsasında sübuta yetirilmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb işçilərinə qanunsuz olaraq artıq ödənilmiş məbləğlərin təşkili ilə məşğul olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bu ödənişlər işçilərin real maaş göstəriciləri ilə uyğun gəlmir və əldə olunan rəsmi məlumatlara görə, bu qanunsuz əməliyyatlar nəticəsində dövlət büdcəsinə xeyli maliyyə ziyanı dəymişdir. Bu cür hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusən də Cinayət Məcəlləsinin 179 -cu maddəsinə uyğun olaraq mənimsəmə və ya israf etmə kimi qiymətləndirilmişdir.

Əbilov İlyas Xıdır oğlunun korrupsiya əməli sübut edilmiş və bu, qanunla ciddi şəkildə qadağandır.

Üstəlik, Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları nəticəsində aşkar edilmiş qanun pozuntularına baxmayaraq, Əbilov İlyas Xıdır oğluna yalnız Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "şiddətli töhmət" cəzası tətbiq edilmişdir. Bu cəza direktorun törətdiyi qanunsuzluqların miqyasını və dövlət büdcəsinə vurulan ziyanın həcmini əks etdirmir. Belə yüngül cəzanın tətbiqi korrupsiya əleyhinə mübarizə prinsiplərinə ziddir və hüquqpozmalara qarşı adekvat tədbir hesab olunmur.

Azərbaycan Respubilkasının Təhsil Naziri Emin Əmurullayev media qurumlarına verdiyi müsahibə zamanı qeyd etmişdir ki, təhsilə xəyanət edən dövlətə xəyanət etmiş sayılır. Əfsuslar olsun ki, qeyd olunan məlumatlar Allar kənd tam orta məktəbində baş vermişdir.

Sizin sayt və qəzet vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələnin arşdırıb, haqqın yerini tapmasına köməklik göstərin".

Məsələ ilə bağlı Yardımlı rayonu, Allar kənd orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlu ilə əlaqə saxlamaq mümkün olmadı. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərn mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri