Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı şəhəri ərazisində yerləşən bir market və bir geyim mağazasından gecə saatlarında ümumilikdə dəyəri 4500 manatlıq oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















