Yardımlıda üç kəndə elektrik enerjisinin verilməsi bərpa edilib RƏSMİ
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Ölkə ərazisinə yağan güclü qar nəticəsində Yardımlı rayonunun üç kəndində elektrik enerjisinin verilməsində yaranan problem artıq tam aradan qaldırılıb".
BAKU.WS xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq"ASC-dən verilib.
Qeyd olunub ki, iki gündür dağ kəndlərinə yağan güclü qar səbəbindən sıradan çıxan elektrik xətlərinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
"Yolların bağlı olması müəyyən ərazilərə gedib çatmaqda çətinlik yaratsa da, əməkdaşlarımız problemin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə ediblər. Bu gün də gün ərzində, qurumun qəza xidməti əməkdaşları ərazidə lazım olan bütün tədbirləri görüblər və saat 18:30-da Yardımlı rayonunun Zevin kəndi istiqamətindəki kəndlərə elektrik enerjisinin verilməsi tam təmin olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, güclü qar yağışı nəticəsində elektrik xətlərinin zədələnməsi səbəbindən Yardımlının üç dağ kəndində elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Kənd sakinləri yolların güclü qar səbəbindən bağlı olduğu üçün işıqla bağlı problemin operativ həllinin mümkün olmadığını bildirmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Yanvar 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















