Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, "Firstek" mağazasının direktoru Tural Sahib oğlu Heydərli barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.
Baxış sayı:107
Bu xəbər 04 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















