Yarımçıq dayandırılmış “Qəbələ“ “Turan Tovuz“ matçı nə vaxt keçiriləcək?
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" görüşünün vaxtı açıqlanıb.
Moderator.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək. Klublar baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.
24 fevral (çərşənbə axşamı)
15:00."Qəbələ" - "Turan Tovuz"
Qəbələ şəhər stadionu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 03 Fevral 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















