Icma.az
close
up
RU
Yarımötürücülərin qlobal satış həcmi 15,8 % artıb

Yarımötürücülərin qlobal satış həcmi 15,8 % artıb

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda yarımötürücülərin qlobal satışları sabit artım nümayiş etdirir. Yarımötürücü İstehsalçıları Assosiasiyasının (SIA) məlumatına görə, 2025-ci ilin üçüncü rübündə mikroçiplərin satış həcmi 208,4 milyard ABŞ dollarına çatıb ki, bu da ikinci rüblə müqayisədə 15,8% çoxdur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təkcə sentyabr ayında yarımötürücülərin satış həcmi 69,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,1% çox, cari ilin avqust ayına nisbətən isə 7% artım deməkdir. Statistik məlumatlar “World Semiconductor Trade Statistics” (WSTS) təşkilatı tərəfindən toplanıb və üçaylıq hərəkətli orta göstərici əsasında hesablanıb.

SIA-nın prezidenti və baş icraçı direktoru Con Nyufer qeyd edib ki, qlobal çip bazarı yaddaş və məntiqi mikrosxemlər də daxil olmaqla, geniş çeşiddə yarımötürücü məhsullarına artan tələbat sayəsində sabit bərpa və artım nümayiş etdirir. Onun sözlərinə görə, satışların fəal artımı xüsusilə Asiya-Sakit okean regionunda və hər iki Amerika qitəsində müşahidə olunur.

Regional bölgü üzrə sentyabr ayının yekunlarına əsasən, satışlar Asiya-Sakit okeanı regionunda və digər ölkələrdə 47,9%, Amerikada 30,6%, Çində 15%, Avropada isə 6% artıb. Bununla yanaşı, Yaponiyada gəlirlər 10,2% azalıb.

Aylıq ifadədə ən yüksək satış artımı Amerikada (8,2%) qeydə alınıb, ardınca Asiya-Sakit okean regionu (8%), Çin (6%), Avropa (5,5%) və Yaponiya (1,6%) gəlir.

Yarımötürücü sektorunda gəlir 2023-cü ilin əvvəllərindən etibarən demək olar ki, fasiləsiz olaraq artır. Məhz süni intellektin sürətli inkişafı hesablama çiplərinə, yaddaş mikrosxemlərinə və SSD disklərə olan tələbatı yüksəldib.

SIA Assosiasiyası gəlir həcminə görə ABŞ-ın yarımötürücü istehsalçılarının 99%-ni və bu sahənin ən iri xarici şirkətlərinin təxminən üçdə ikisini birləşdirir.

Yarımötürücü sənayesi dünyanın ən elmi tutumlu sahələrindən biri hesab olunur, belə ki, şirkətlər orta hesabla gəlirlərinin təxminən 18%-ni elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə yönəldirlər ki, bu da digər sənayelərin əksəriyyətindən əhəmiyyətli dərəcədə yüksək göstəricidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri