Yas mərasimi keçirtmək əvəzinə abadlıq işləri görürlər VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Yas mərasimlərində dəbdəbəli süfrələr, israf hesab olunan ehsan, dəbədəli məzar daşı və.s kimi məsələlər artıq yığışdırılıb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Tovuz rayonunun Əyyublu kəndində kənd rəhbərliyi, ağsaqqallar şurası və bütün kənd sakinləri qərara gəlib ki, yası düşən kənd sakini mütləqdir ki, ümumi ehsan üçün bir iş görsün.
13 minə yaxın əhalisi olan kənddə artıq bu məqsədlə işlərə başlanılıb. Keçilməsi çətin olan küçələrin yol yatağı təmir edilir, yollar kol-kosdan təmizlənir, küçələr işıqlandırılır. Görülən işlərin maliyyə tərəfini yas sahibi qarşılasa da kənd əhalisi iş qüvvəsini təmənnasız həyata keçirirlər.
Kənd bələdiyyəsindən də bildirildi ki, işlər artıq ənənə halını alıb. Artıq, Əyyublu kəndində başladılan bu təşəbbüs qonşu kəndlərdə də dəstəklənib və onlar da yas mərasimlərindəki israfçılığı xeyriyyə işləri ilə əvəzləməyə başlayıblar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 May 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















