Yas mərasimləri ilə bağlı Dini Komitənin üzərinə düşən səlahiyyət YOXDUR
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb.
Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib.
Modern.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məsələyə münasibət bildirib.
Qurumdan bildirilib ki, bu təşəbbüslər ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəlib. "Trend"ə verilən açıqlamada qeyd olunur ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur.
“Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır.
Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.
Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”, - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















