Yas mərasimləri ilə bağlı RADİKAL QƏRAR Qaydalar dəyişdi
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
KONKRET.az xəbər verir ki, Şəmkir Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb.
Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir.
Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir.
Qaydalara əsasən, vəfat edən şəxsin 40 mərasimində isə limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir.
Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil edilməlidir.
Şəmkir Rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl etməyə çağırıb.
(yeni sabah)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















