Icma.az
close
up
RU
Yas mərasimləri sadələşdirilir Sıra TOYLARDADIR!

Yas mərasimləri sadələşdirilir Sıra TOYLARDADIR!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə bəzi rayonlarda yas mərasimlərinin sadələşdirilməsi və israfçılığın qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.

Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib.

Bu tendensiya fonunda toy mərasimlərinin də eyni prinsiplərlə tənzimlənməsi məsələsi gündəmə gəlir.

Qeyd edək ki, Azərbaycanın toy biznesi yalnız sosial bir hadisə deyil, həm də iqtisadi fəaliyyətin mühüm sahələrindən birinə çevrilib. Bu sahə şadlıq saraylarından tutmuş gözəllik salonlarına, ərzaq və içki tədarükçülərindən musiqiçilərə qədər müxtəlif sektorlarda dövriyyə yaradır. Toy biznesi həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir.

Bir müddət əvvəl Modern.az-da dərc edilən araşdırmada qeyd edilir ki, hər il Azərbaycanda təxminən 50 min toy keçirilir. Toyların təşkil edildiyi şadlıq sarayları ölkəmizdə toy biznesinin ən böyük dövriyyə yaradan sahələrindən biridir. Bakı şəhərində 600-dən çox şadlıq sarayı fəaliyyət göstərir. Azərbaycanda Məhərrəmlik və Ramazan ayları, anım günləri, toyların az keçirildiyi may ayı kimi amilləri nəzərə alsaq, ilin ən azı 270 günü toy mərasimləri təşkil olunur. Menyunun  minimum qiymətini 50 manat, qonaqların sayını 300, toyların illik sayını isə 50 min götürsək, bu sahənin illik dövriyyəsi 750 milyon manata çatır. Əslində dövriyyənin 1 milyard manatdan çox olduğu ehtimal edilir. 

Eksprertlər qeyd edir ki, mövcud vəziyyət gənc ailələri yük altında saxlayır və xüsusilə israfçılığın geniş yayılması məhdudiyyətlərin tətbiqini zəruri edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a danışan zaman qeyd edib ki, bu məsələ artıq uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur.

“Şəxsən mən özüm də dəfələrlə bu mövzuya toxunmuş, onun əhəmiyyətini vurğulamışam. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atılmalı və tədbirlər görülməlidir”.

Millət vəkili bildirib ki, bu gün cəmiyyətimiz yas mərasimləriylə birgə, həm də toy mərasimlərindəki israfçılıqdan da ciddi şəkildə əziyyət çəkir:

“Sevindirici haldır ki, artıq bəzi bölgələrimizdə bu prosesə başlanılıb və insanlar yas mərasimlərini sadələşdirməyə üstünlük verirlər. Bu, ümumilikdə tam ləğv deyil, məhz israfçılığın qarşısını almaq məqsədilə sadələşdirmədir. Cəmiyyət artıq bu məsələdə müəyyən qədər əziyyət çəkdiyindən, belə dəyişikliklər qaçılmazdır”.

O eyni zamanda vurğulayıb ki, təəssüf ki, oxşar israfçılıq halları toylarımızda da mövcuddur:

“Günümüzdə keçirilən toy mərasimləri artıq insanların istirahət yeri deyil də, əksinə maddi və mənəvi yükə çevrilib. Musiqinin həddindən artıq yüksək səsi insanların səhhətinə mənfi təsir edir, təqdim olunan yeməklərin böyük bir hissəsi isə israf olunur. Masalara bir insanın yeyə biləcəyindən qat-qat artıq qida düzülür”.

C.Məmmədov onu da əlavə edib ki, yemək israfı ilə yanaşı, qida keyfiyyəti də bəzən ciddi suallar doğurur:

“Nəticədə insanlar bu mərasimlərdən qazancla deyil, əksinə zərərlə çıxırlar. Gənclər bəzən kredit götürərək toy edirlər və uzun illər bu borcu ödəməyə çalışırlar. Bu isə ailələrin maliyyə sabitliyini pozur və sosial problemlərə yol açır. Digər tərəfdən isə, bu cür israfçılıq qida məhsullarına olan tələbatı süni şəkildə artırır və ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur.

Dünya bu gün ərzaq qıtlığı ilə üz-üzə qalmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir şəraitdə tonlarla qidanın sadəcə nümayiş və ənənə naminə israf olunması qəbuledilməzdir. Ona görə də biz həm toy, həm də yas mərasimlərində israfçılığa son qoymalı, bu istiqamətdə maarifləndirmə və təbliğat işlərini gücləndirməliyik”.

Deputat həmçinin diqqətə çatdırıb ki, bu məsələdə iki yol var. İnzibati tədbirlər və maarifləndirmə yolu ilə ictimai şüurun formalaşdırılması:

“Mən hesab edirəm ki, ilkin mərhələdə inzibati yoldansa, maarifləndirməyə üstünlük verilməlidir. Ancaq nəticə əldə olunmazsa, inzibati tədbirlərin tətbiqi də qaçılmaz ola bilər. Məhz bu səbəbdən məsələyə xüsusi həssaslıqla yanaşmalı və israfçılıq problemini ciddi şəkildə nəzərə almalıyıq. İnsanlar istər yas, istərsə də toy mərasimlərində israfçılığa yol verməməlidirlər. Bu sahədə ardıcıl maarifləndirmə işi aparılmalı, ictimai şüur formalaşdırılaraq belə halların qarşısı alınmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri