Icma.az
close
up
RU
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq

Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, son günlərdə Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı qida zəhərlənməsi halları qeydə alınıb.

Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfər, iyulun 14-də daha 3 nəfər, iyulun 15-də isə Samux rayonunda 12 nəfər qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət edib.

Yas mərasimləri bəzi şəhərlərdə xüsusi mərasim evlərində təşkil olunsa da, rayonlarda hələ də açıq havada, çadır və müvəqqəti qurulan məkanlarda keçirilməsi geniş yayılıb. Bu zaman çox sayda insan üçün əvvəlcədən hazırlanan yeməklər bəzən uzun müddət açıq şəraitdə saxlanılır.

Belə şəraitdə keçirilən yas mərasimlərində qidaların nə dərəcədə təhlükəsiz olması isə suallar yaradır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, qida məhsullarının uzun müddət yüksək temperatur altında saxlanılması onların təhlükəsizliyini ciddi şəkildə azalda bilər:

"Xüsusilə ət, süd məhsulları, hazır yeməklər, kolbasa, kremli şirniyyatlar və dəniz məhsullarında bakteriyalar sürətlə çoxalaraq qida zəhərlənməsi riskini artırır. Bu cür məhsulların istifadəsi ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarət kimi əlamətlərlə müşayiət oluna bilər. Bundan əlavə, günəş işığı qidaların tərkibindəki bəzi vitaminlərin parçalanmasına, yağların oksidləşməsinə və məhsulun dad, qoxu və keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Hətta qablaşdırılmış məhsullar belə istehsalçının göstərdiyi saxlanma temperaturuna əməl edilmədikdə təhlükəsizliyini itirə bilər”.

Ekspert tövsiyə edir ki, qida zəhərlənmələrinin qarşısını almaq üçün məhsulların saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir:

"İstehlakçılar alış zamanı məhsulun harada və hansı şəraitdə saxlanıldığına diqqət etməli, birbaşa günəş altında satılan, soyuducu rejimi tələb etdiyi halda açıq havada saxlanılan qidalardan uzaq durmalıdırlar. Xüsusilə yay aylarında qidaların düzgün temperaturda saxlanılması qida zəhərlənmələrinin qarşısının alınması üçün əsas şərtlərdən biridir”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri