Yaş saçların meningit törətdiyi yalandır Nevroloqdan iddia
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Başımı yuyub çölə çıxdım, meningit ola bilərəmmi? Əhali arasında belə bir dezinformasiya var. Xüsusilə də bunu bizə müraciət edən pasientlərdən tez-tez eşidirik. Əslində isə meningit baş-beyin toxumasının infeksion xəstəliyidir.”
Bakupost.az xəbər verir ki, bu fikirləri nevroloq Həcər Allahverdiyeva sosial şəbəkə hesabında el arasında yayılmış yanlış fikirlərə aydınlıq gətirərkən bildirib.
Nevroloqun sözlərinə görə, başını yuyub çölə çıxmaqla meningitə yoluxmaq mümkün deyil:

“Onu törədən səbəblər adətən, bakteriya, virus və bəzi hallarda da göbələklərdir. Sulu saç dərisi deyil.”
H.Allahverdiyeva bildirib ki, bakterial meningitin ilkin əlamətləri arasında uzun müddətli qızdırma, baş ağrısı, qusma, ürəkbulanma və ənsə sərtliyi dediyimiz nevroloji defisit yer alır:
“Ancaq diaqnozu təsdiqləmək məqsədilə həm baş beynin, həm onurğa beynin tam kontrastlı MRT müayinəsinə və yanaşı olaraq onurğa beyin mayesinin (BOS) laborator dəyərləndirilməsinə ehtiyac duyuruq. Diaqnoz dəqiqləşdikdən sonra isə müalicə qismini həkim infeksionistlərə həvalə edirik”
Lalə Novruz,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 05 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















