Yasa gedən şəxslər qəzaya düşdülər: yaralılar var
Icma.az, News24 portalına istinadən məlumat verir.
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prius" və VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Prius" aşıb.
Qəzada iki nəfər - 1964-cü il təvəllüdlü Abdul Vəlişov və 1989-cu il təvəllüdlü Vüsal Vəliyev xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların rayona yas məclisinə getdikləri deyilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Yasa gedən şəxslər qəzaya düşdülər: yaralılar var
26 Noyabr 2024 23:27

