Icma.az
close
up
RU
Yasamal Bakı Yüksək Liqaya niyə buraxılmayıb SƏBƏB

Yasamal Bakı Yüksək Liqaya niyə buraxılmayıb SƏBƏB

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Futzal Federasiyası (AFF) "Yasamal Bakı" komandasının Yüksək Liqaya buraxılmamasına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a quruumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov açıqlama verib.

Federasiya rəsmisi ötən mövsüm sonuncu yeri tutan kollektivin bu dəfə də yarışa qatılmaq istədiyini təsdiqləyib: "Onlar da iştirak etmək istəyirdilər. Ancaq maddi baxımdan klubun heç bir dayağı yox idi. Bu da bir qədər riskli idi. Yəni, komanda mövsümü sonadək davam etdirməyə də bilərdi. Həm bunu, həm də ötən mövsümdəki çıxışı nəzərdən keçirdik. Eləcə də əsasnamənin müvafiq bəndini əsas götürərək, bu dəfə "Lənkəran" komandasının iştirakına şərait yaratdıq".

Məmmədov digər müraciətlərin daxil olması ilə bağlı bunları söyləyib: "Federasiya hər zaman komandaların müraciətləri üçün açıqdı və dərhal dəyərləndirir. Yeni mövsüm üçün adlarını açıqladığımız komandaların iştirakına qərar verildi. Onlardan "Lənkəran" yenidir. Bu komandanın rəhbərliyi ilə görüş keçirildi, şəraiti, planları ilə tanış olduq və çempionatda iştirak etmələri üçün "yaşıl işıq" yandırıldı. Onu da qeyd edim ki, əvvəlki illərdə olduğu kimi, yenə oyunların keçirilməsi üçün zalların icarə haqqı, oyunların təşkili üçün vacib işçilərin əməkhaqqı federasiya tərəfindən qarşılanacaq. Bundan başqa, həm iştiraka görə üzvlük haqqı, eləcə də legioner sifarisinə gorə pul alınmayacaq".

O, debütant "Lənkəran" barədə də danışıb: "Planları ilə tanış olduq. Yaxşı işlər görmək istəyirlər. Oyunları bölgədə keçirmək üçün müəyyən hazırlıq olmalı, təcrübə toplamalıdırlar. Yaxın müddət üçün yox, gələcəkdə bu da mümkündur. Federasiya da daim öz dəstəyini göstərir ki, bölgələrdə oyunlar təşkil olunsun. Ancaq bu işi kor-koranə şəkildə yox, planlı şəkildə etməyin tərəfdarıyıq".

Qurum rəsmisi növbəti mövsümdə ciddi yeniliyin olmayacağını sözlərinə əlavə edib: "Yüksək Liqada yenə oyunlar 4 dövrədən - 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan ediləcək. I Liqada bu dəfə 12 yox, 10 komanda bir dövrə - 9 tur ərzində yarışacaq. Daha sonra ilk 4 yeri tutacaq komandalar pley-offda iştirak edəcəklər. Pley-off oyunları da bir matçdan ibarət olacaq. Qaliblər finalda görüşəcək, məglublar isə bürünc medalın sahibini müəyyənləşdirəcəklər".

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək. Çempionatda "Araz-Naxçıvan", "Neftçi İK", "Baku Fire", "Şuşa MFK", U-19 və "Lənkəran" mübarizə aparacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri