Icma.az
close
up
RU
Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin vergi borcu 2 milyona çatır

Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin vergi borcu 2 milyona çatır

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi borclanmaqda davam edir.

Musavat.com xəbər verir ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin vergi borcu 2 milyona çatır. Hazırda birliyin vergiyə olan borcu 1 milyon 994 min manatdır.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var. Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır. Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.

Qeyd edək ki, Mənzil-Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub qismən büdcədən maliyyələşdirilməklə təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri