Yasamal rayon ictimaiyyəti Ümummilli Liderin xatirəsini yad edib FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yasamal rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anım günündə onun əziz xatirəsini dərin ehtiramla yad edib. Bununla əlaqədar bu gün Yasamal rayon ictimaiyyəti üçün Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Mərasimdə Ulu Öndərin ruhuna dualar oxunub, Qurandan surələr səsləndirilib. Mərasimdə rəsmi şəxslər, ziyalılar, şəhid ailələri və qazilər, aztəminatlı şəxslər iştirak ediblər.
"Unikal" xəbər verir ki, daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə RİH aparatının kollektivi, hüquq-mühafizə orqanları və YAP Yasamal rayon təşkilatı Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Burada Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















