Icma.az
close
up
RU
Yasamal rayonunda “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” mövzusunda tədbir keçirilib

Yasamal rayonunda “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” mövzusunda tədbir keçirilib

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon “İnşaatçılar pr.98” (XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Arif Qaraşov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Veteranlar Şurasının üzvü, “91-lər” dən Şahlar Əsgərov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, YAP Yasamal rayon təşkilatının,Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC-nin əməkdaşları, fəal gənclər və media nümayənədləri iştirak edib.

YAP Yasamal rayon “İnşaatçılar pr.98” (XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC) ünvanı üzrə ərazi partiya təşkilatı baş tutuan tədbirdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yaradılmasının 107-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib. Qeyd olunub ki, XX əsrin əvvəllərində illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq”. Bu gün milli dövlətçilik ənənələrimizin davam etdiyini deyən natiq qeyd edib ki, müstəqil Azərbaycan böyük zəfərlər qazanaraq adını tarixə qızıl hərflərlə yazdırıb: “Ən mühüm nailiyyət isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik ənənələrində özünəməxsus yer tutur. Məhz 107 il əvvəl 28 may 1918-ci il tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub: “Milli istiqlal tariximizin şərəfli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə böyük xidmətlər idi.” Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.Qeyd olunub ki, xalqımız XX əsrin sonunda yenidən azadlığa qovuşdu və dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın sarsılmaz bünövrəsini yaratdı, dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz ən qüdrətli dövrünü yaşayır: “Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər bir vətəndaşı qürurlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımızın bu gün Şuşada, Xankəndidə dalğalanması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bayrağımızı azad edilmiş bütün ərazilərdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır.”

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Arif Qaraşov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. Bu baxımdan 28 may – Müstəqillik Günü müstəqillik tariximizdə müstəsna rola malikdir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, əldə olunan Zəfərlər olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını müəyyən edib.

Çıxışlardan sonra fəxri fərmanlar təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam edib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see218

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see158

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see132

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see126

Almaniya Rusiya ilə hər an müharibə riski barədə xəbərdarlıq etdi

14 Oktyabr 2025 08:27see124

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri