Yasamalda “hoqqa” verib piyadaları təhlükəyə atan sürücü 77ED040 VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonunda kobud qayd pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl səhər saatlarında Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 77-ED-040 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Belə ki, sol zolağa anidən keçid edən sürücü ardınca sağa manevr edib və bu halı bir neçə dəfə təkrarlayıb. Bu zaman o, özüylə yanaşı avtomobildə olan sərnişinlərin və piyadaların həyatını təhlükəyə atıb. Eyni zamanda sürücü avtomobilə konstruksiya dəyişikliyi edib.
Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsiylə tənzimlənir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















