Icma.az
close
up
RU
Yasamalda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir FOTOLAR

Yasamalda su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Unikal"a verilən məlumata görə, rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.

Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri