Yasamalda sürücülər blokun önünü zəbt edib binaya girişi məhdudlaşdırdılar VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində dayanma-durma qaydasını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” ünvanına videomaterial göndərib. Belə ki, “Chevrolet”, 90-VP-900 dövlət nömrə nişanlı “Lixiang” markalı və 77-GP-036 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillərin sürücüləri yaşayış binasının blokunun girişində park edib. Blokun önü tamamilə zəbt olunduğu üçün sakinlər 14 mənzildən ibarət binaya daxil olarkən çətinliklə qarşılaşıblar. Şikayətçinin sözlərinə görə, qayda pozan sürücülər hadisə yerində olmayıblar. O, iki maşının arasından güclə keçdiyini, bu halda fövqəladə hal baş verərsə sakinlərə yardımın edilə bilməyəcəyini əlavə edib.
Xatırladaq ki, qanunvericiliyə görə, avtomobili girişlərin, habelə darvazaların qarşısında park etmək qadağandır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 04 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















