Yasamalda telefonla danışaraq yolu keçən qadını maşın vurub öldürdü VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyadanın ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 8-də günorta saatlarında qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü yolu müəyyən olunmamış yerdən keçən 52 yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin iddiasına əsasən, piyada yolu keçən zaman mobil telefonla danışıb və bu səbəbdən yaxınlaşmaqda olan maşına diqqət etməyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə baş verən ərazidən bir neçə metr irəlidə piyada keçidi mövcuddur.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















