Icma.az
close
up
RU
Yasamalda yanan binanın sakinlərinə şad xəbər İcra başçısı söz verdi

Yasamalda yanan binanın sakinlərinə şad xəbər İcra başçısı söz verdi

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda yanan binanın sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov görüşüb.

“Yeni Sabah” xəbər verir ki, bunu orada yaşayan jurnalist Heydər Mirzə bildirib.

Onun sözlərinə görə, görüşdə zərərçəkmişlərə bir aylıq kirayə təzminatı ilə bağlı Nazirlər Kabinetinin sərəncamı barədə bilgi verilib.

“Tək bizimlə deyil, ümumən Yasamal sakinləri ilə görüş idi, biz də qatıldıq. Əsas yaxşı xəbər başçının sözündən elə anladıq ki, Nazirlər Kabinetinin sərəncamı var təzminatlara dair. Bir aylıq kirayə təzminatı”.

Jurnalist söyləyib ki, bina üzrə təmir işləri davam edir və elektrik təchizatının tezliklə qismən bərpa olunacağı gözlənilir.

H.Mirzə onu da bildirib ki, Bakı Apellyasiya Məhkəməsində bina sakinləri ilə orada obyekti olan sahibkar Vüqar Abbasov arasında dekabrın 15-nə təyin edilən iclas ləğv edilib. İş qətnamədəki texniki səhvlərə görə yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılıb.

Məlumata əsasən, “Yasamal-62” MMMC Loft restoranının sahibi Vüqar Abbasovu məhkəməyə verib. İddiada “Fobos-2” MTK tərəfindən təqdim edilən protokol və arayışların saxta olduğu, bu sənədlərlə 448,3 m² və digər sahələrə çıxarışların qanunsuz verildiyi, zirzəmi və qeyri-yaşayış sahələrinin isə binanın ümumi əmlakı olduğu bildirilir. Təşəbbüskar tərəf çıxarışların ləğvini və sahələrin MMMC-yə qaytarılmasını tələb edir.

Jurnalist digər müsbət açıqlamaların olduğunu, lakin proseslərdən irəli keçməmək üçün hələlik detalları açıqlamadığını qeyd edib.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri