Yasamaldakı yanğın söndürüldü, 36 nəfər təxliyə edildi Video + Yenilənib
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb:
“Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub”.
***18:29
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:Yasamaldakı yanğın SÖNDÜRÜLDÜ VİDEO
25 Dekabr 2024 18:20
Yasamaldakı yanğın söndürülüb, ölənlər var − Yenilənib + Video
21 Noyabr 2025 21:37
Yasamaldakı yanğın bu otaqda meydana gəlib YENİLƏNİB VİDEO
23 Noyabr 2025 18:39
Xətaidəki yanğın söndürüldü Video+Yenilənib
22 Avqust 2025 01:25
Moskvadakı yanğın söndürüldü Video Yenilənib
10 Dekabr 2024 11:24
Baxış sayı:83
Bu xəbər 28 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















