Yaşamaq üçün ən yaxşı ölkələr açıqlandı ADLAR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Uorton Biznes Məktəbinin hazırladığı "Best Countries 2026" reytinqində dünyanın yaşamaq üçün ən əlverişli ölkələri müəyyənləşdirilib.
Modern.az xəbər verir ki, araşdırma 33 ölkədən 15 131 yetkin respondent arasında keçirilən sorğuya əsaslanır və insanların bu gün ən yüksək həyat keyfiyyətinin hansı ölkələrdə təmin olunduğuna dair fikirlərini əks etdirir.
Reytinq hazırlanarkən təhlükəsizlik, səhiyyə və təhsilin səviyyəsi, iqtisadi imkanlar, dövlət xidmətlərinin keyfiyyəti və sosial infrastruktur kimi meyarlar nəzərə alınıb.
2026-cı il reytinqində İsveç birinci yeri tutub. İkinci və üçüncü yerdə Danimarka ilə Kanada gəlir.
Ümumilikdə, ilk "30-luq"da yer alan ölkələrin 20-si Avropada yerləşir.
Araşdırma ÜDM, birbaşa xarici investisiyalar, turizm və insan inkişafı göstəricilərinə uyğun seçilmiş 85 dövləti əhatə edir. İsveç 100 indeks balı ilə etalon qəbul edilib, digər ölkələrin göstəriciləri isə onun nəticəsinə əsasən hesablanıb.
Reytinqdə ön sıralarda qərarlaşan ölkələri güclü dövlət institutları, əlçatan səhiyyə sistemi, yüksək ictimai təhlükəsizlik və vətəndaşların həm bir-birinə, həm də dövlətə yüksək etimadı birləşdirir. Məhz bu amillər onların yaşamaq üçün ən əlverişli ölkələr kimi beynəlxalq nüfuzunu formalaşdırır.
Araşdırmanın nəticələri digər nüfuzlu beynəlxalq hesabatlarla da üst-üstə düşür. Belə ki, Finlandiya artıq doqquzuncu ildir ki, "Dünya Xoşbəxtlik Hesabatı"nda birinci yerdə qərarlaşıb. Danimarka, Norveç və İsveç də rifah, sosial etimad və həyatdan məmnunluq göstəricilərinə görə daim liderlər sırasında yer alır.
Reytinqin son pillələrində isə uzunmüddətli silahlı münaqişələr, zəif dövlət institutları və iqtisadi qeyri-sabitliklə üzləşən ölkələr qərarlaşıb.
Ukrayna siyahıda sonuncu yeri tutub. Ondan əvvəl İran və Livan yer alıb. Hesabatda qeyd olunur ki, bu ölkələrdə davam edən siyasi və iqtisadi qeyri-sabitlik əhalinin həyat səviyyəsinə mənfi təsir göstərir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu gün yüksək həyat keyfiyyəti üçün təkcə güclü iqtisadiyyat kifayət etmir. Effektiv dövlət idarəçiliyi, əlçatan səhiyyə, təhlükəsizlik, inkişaf etmiş sosial müdafiə sistemi və cəmiyyətdə yüksək etimad müasir dünyanın əsas meyarlarına çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:242
Bu xəbər 23 İyul 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















