Yaşar Gülər: “Azərbaycana göstərdiyimiz dəstəyi Suriyaya da göstərə bilərik“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb.
"Daha əvvəl mən Suriyaya səfər etmişəm. Bu yaxınlarda baş qərargah rəisimiz və quru qoşunları komandanımız da Suriyada olublar. Səfərlərimizdə onların daha yaxşı inkişaf edə biləcəyi ilə bağlı fikir mübadiləmiz olur. Azərbaycana, Liviyaya və Somaliyə necə təlim dəstəyi verdiksə, eynisini onlar üçün də edə bilərik. Təlimlərə Türkiyədə başladıq və davam edirik. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və bu yöndə işlərimiz davam edir", - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 20 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















