Yaşar Güler: Qafqazda sabitlik AzərbaycanErmənistan sülh sazişi vasitəsilə əldə olunacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq".
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Güler Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.
Bölgədə terrorla mübarizə, bu istiqamətdə həyata keçirilən işlər və əldə edilən nailiyyətlər barədə danışan nazir Azərbaycan-Ermənistan nizamlanması məsələsinə də toxunub.
"Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu istiqamətdə iki ölkənin göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə daim can Azərbaycanın yanında olacağıq", - deyə Yaşar Güler bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















