Yaşar Gülər: Qardaş Azərbaycanın yanında olduq və bundan sonra da belə olacaq AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 13 dekabr, AZƏRTAC
“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq.
AZƏTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dekabrin 13-də ölkə parlamentində çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.
Yaşar Gülər Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.
Suriyadaki son hadisələrə də toxunan Türkiyəli nazir, terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına icazə verilməyəcəyini vurğulayıb.
“Beynəlxalq ictimaiyyət Suriyadaki tarixi proseslərə dəstək verməlidir” - deyə, Gülər əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:96
Bu xəbər 13 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















