Yaşar Gülər: Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur.
Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “18 Mart Şəhidlərini anma günü və Çanaqqala Zəfəri”nin 110-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, terrorla mübarizə uzun illər ölkəsinin prioritetlərindən olub: “Türkiyə Silahlı Qüvvələri tarix boyu olduğu kimi ölkənin birlik və bütövlüyünə qarşı istənilən təhdidə qarşı böyük əzmlə mübarizə aparır, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Təhlükəsizlik qüvvələrinin hərtərəfli mübarizəsi və əməliyyatları sayəsində terror təşkilatlarının fəaliyyəti məhdudlaşıb. Artıq həlledici mərhələyə daxil olmuşuq” .
Y.Gülər qeyd edib ki, terrorçular harada olmalarından asılı olmayaraq, silahlarını dərhal və qeyd-şərtsiz yerə qoymalıdırlar:
"Son məqsədimiz terrora son qoymaq, silahlı qrupları tamamilə ləğv etmək və ölkəmizə qarşı bütün təhdidləri aradan qaldırmaqdır. Ona görə də təxribata və sui-istifadəyə yol verilməyəcək, ehtiyatlı və rasional yanaşma əsas götürüləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Mart 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















