Yaşar Gülər: “Türkiyə hərbçiləri Suriyadan hələ çıxmayacaq”
Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər belə deyib. Nazir Ankaranın Dəməşqlə hərbi-siyasi əlaqələrinin inkişaf etdiyini və Türkiyə qoşunlarının Suriyadan çıxarılması məsələsinin gündəmdə belə olmadığını diqqətə çatdırıb.
“Bu, həmçinin İraqdakı türk əsgərlərinə də aiddir. Hərbçilərin Suriya və İraqdan çıxarılması qərarını başqası deyil, Türkiyə dövləti verəcək. Bizim belə bir qərarımız yoxdur. SDQ-nin Suriya ordusuna inteqrasiyası ilə PKK terroruna son qoymaq barədə düşünmək hələ tezdir, lakin Türkiyə ordusu bütün mümkün alternativlərə hazırdır”, - Yaşar Gülər vurğulayıb.
Türkiyənin Müdafiə Nazir həmçinin qeyd edib ki, Ankara ABŞ-nin İrana qarşı mümkün əməliyyatları və qaçqın dalğası ilə əlaqədar sərhəd təhlükəsizliyini gücləndirir.
Türkiyənin Rumıniyaya hərbi gəmi satdığını açıqlayan Yaşar Gülər Ankaranın Avropa təhlükəsizliyində oynadığı mühüm rola da diqqət çəkib. O xatırladıb ki, fevralın 8-dən 20-dək Baltik dənizində keçiriləcək NATO-nun “Steadfast Dart” təlimində Türkiyə quru və dəniz qüvvələrinin 2000 nəfərlik hərbi hissəsi iştirak edəcək.
Qeyd edək ki, NATO təlimlərində türk hərbçiləri üçün ən önəmli günlər fevralın 18-i və 19-u olacaq. Bu tarixdə “Baykar” şirkətinin yeni istifadəyə verdiyi “Bayraktar TB-3” hücum PUA-sı hazırda Atlantik okeanından Baltik dənizinə doğru hərəkət edən “TCG Anadolu” desant gəmisindən NATO bazasına enəcək, sonra yenidən havaya qalxaraq yenidən “TCG Anadolu” gəmisinə qayıdacaq.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Gülər: “Rusiya Suriyadan çıxmayacaq” KONKRET
15 Dekabr 2024 18:07
Rusiya Suriyadan çıxmamaq üçün... Yaşar Gülər
15 Dekabr 2024 18:00
İsrail Suriyadan çıxmayacaq İsrael Kats
16 Noyabr 2025 13:12
“ Türkiyə PKKnı məhv edəcək” Yaşar Gülər
15 Dekabr 2024 23:57
Türkiyə hər zaman Azərbaycanın yanındadır Yaşar Gülər
09 Noyabr 2024 15:15
Baxış sayı:123
Bu xəbər 09 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları