Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müasir Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə əhəmiyyətli töhfə verən dövlətdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbirdə söyləyib.
O, Ankaranın bir çox münaqişə və böhranların həllindəki əsas roluna diqqət çəkərək deyib: “Strateji coğrafi mövqeyi, güclü ordusu və sürətlə inkişaf edən müdafiə sənayesi sayəsində Türkiyənin beynəlxalq aləmdəki mövqeləri getdikcə güclənir. Ölkəmiz beynəlxalq təhlükəsizlik və diplomatiya sahələrində əvəzolunmaz aktordur. Türkiyənin hərbi sənaye kompleksinin çatdığı səviyyə xaricdə qısqanclıqla qarşılanır. Pilotsuz uçuş aparatları, təyyarələr, helikopterlər, hərbi gəmilər, sualtı qayıqlar və türk mütəxəssislərin hazırladıqları digər məhsullar müdafiə sənayemizin yüksəldiyi səviyyəni göstərir.
Terrorizmlə mübarizə mövzusuna da toxunan Yaşar Gülər PKK terrorçularının qeyd-şərtsiz silahsızlaşdırılmasının vacibliyini vurğulayaraq deyib: “PKK terrorçuları və bu qanlı təşkilatla əlaqəli bütün cinayətkar təşkilatlar silahlarını yerə qoymalı, fəaliyyətlərini dayandırdıqlarını elan etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















