Icma.az
close
up
RU
Yaşar Güler: Türkiyə və Azərbaycanın həmrəyliyi regional sabitliyə ən mühüm zəmanətdir

Yaşar Güler: Türkiyə və Azərbaycanın həmrəyliyi regional sabitliyə ən mühüm zəmanətdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 6 noyabr, AZƏRTAC

Vətən müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələri əsl qəhrəmanlıq nümayiş etdirərək ədalətsizliyə son qoydu. Azərbaycanın tarixi torpaqlarının azad edilməsində göstərilən rəşadət və qətiyyət Türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olunub, 44 günlük mübarizə xalqın tarixi torpaqlarını müdafiə etmək əzminin göstəricisinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler 44 günlük Vətən müharibəsində Şanlı Zəfərin beşinci ildönümü və Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə keçirilən təntənəli qəbulda çıxışında ifadə edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və ordunun müxtəlif qollarının komandanlarının da qatıldığı tədbirdə çıxış edən Y. Güler Azərbaycan Silahlı Qüvvələrinin tarixi Qələbəsinə həsr olunmuş mərasimdə iştirak etməkdən qürur və məmnunluq duyduğunu bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını tədbir iştirakçılarına çatdırıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib.

Türkiyəli nazir vurğulayıb ki, bu gün üçrəngli Azərbaycan Bayrağının Qarabağda dalğalanması onu səmimi-qəlbdən məmnun edir.

“Türkiyə vətəndaşları Azərbaycandakı qardaşlarımızla birlikdə Qələbənin qürurunu yaşadı. Vətən müharibəsi zamanı Azərbaycan xalqı üçün dua etdik və onu dəstəklədik. Qeyd edim ki, 44 günlük müharibə “Bir millət, iki dövlət” kəlamının əhəmiyyətini bir daha nümayiş etdirdi, çünki Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə Türkiyənin kədəridir”, - deyən Yaşar Güler Ankaranın qardaş Azərbaycanı dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

O vurğulayıb ki, Türkiyənin gücü Azərbaycanın qüdrətidir və bunun eynisi Azərbaycanın potensialına da aiddir.

“Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində ikitərəfli münasibətlər ən yüksək səviyyəyə çatıb. Ankara ilə Bakı arasında tərəfdaşlıq müdafiə sahəsi də daxil olmaqla bütün istiqamətlərdə fəal inkişaf edir”, - deyə nazir bildirib. O, həmçinin iki qardaş ölkənin müdafiə sənayesi və birgə hərbi təlimlər üzrə əməkdaşlığını xatırladıb.

“Dünyada artan risklər və qeyri-müəyyənlik fonunda, sülhün dəyərinin xüsusilə yüksək olduğu bir vaxtda Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik regional sabitliyə ən mühüm zəmanətdir”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

Y. Güler, həmçinin Bakı ilə İrəvan arasında davamlı sülhə doğru atılan son addımlardan məmnunluğunu ifadə edib. “Bu gün Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və rifah mühiti yaratmaq üçün ciddi bir fürsət yaranıb”, - deyə o vurğulayıb.

Türkiyəli nazir çıxışını bu sözlərlə yekunlaşdırıb: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see151

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see151

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see141

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri