Yaşar Nurinin xanımı qızının vəfatından danışdı Video
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb.
Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:
"Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır. Mənim keçirtdiyim müzakirə edilməməlidir. Hər zaman demişəm ki, kimə nə maraqlıdırsa mənə zəng etsin soruşsun. Yaşar Nurinin vəfatından sonra düşünürdüm ki, nəyimsə yoxdur. Sonra fəxr etdim: küçəyə çıxa bilmirdim ki, hamı deyir Yaşarın həyat yoldaşı. İndi isə lap qəribədir. Küçədə kim görür yaxınlaşır və qızım itkisini soruşur. Buna görə insanlardan uzaqlaşmışam".
Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir. Ülviyyə bir neçə gün əvvəl qəfil ürəktutmasından dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















