Icma.az
close
up
RU
Yaşar Seyidov AFFA ya U 20 liqası yaratmağı təklif etdi

Yaşar Seyidov AFFA ya U 20 liqası yaratmağı təklif etdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dinamo” futbol üzrə ölkə çempionatının 2-ci liqasında son mövsümü 6-cı yerdə başa vurdu. Sirr deyil ki, paytaxt klubu maliyyə problemindən əziyyət çəkir. Hətta adı dağılmaq ehtimalı olanlar sırasında da çəkilir.

Klub prezidenti Yaşar Seyidovla söhbətləşdik:

“Mən bu gün “Dinamo”da sistemli iş qurmuşam. 10 yaşdan 19 yaşa qədər komandalarımız Azərbaycan çempionatının aşağı liqalarında çıxış edir. Həmçinin əsas komanda da 2-ci liqada mübarizə aparır. Sadəcə, sponsorumuzun olmaması bizə 1-ci liqaya çıxmaq üçün heyət qurmaqda çətinlik yaradır. Çempionatda oynamaqla bağlı problemimiz yoxdu. Sadəcə, inkişaf etmək, böyümək istəyirik. Sponsorumuz olmasa da, “Dinamo” yeganə klubdu ki, çətinliklər içində 300-ə qədər futbolçu ilə 10 yaş qrupunda çempionatda mübarizə aparır. Premyer-liqada çıxış edən klublar AFFA-dan 2,5 milyon manat alacaq. Biz isə həmin vəsaiti almadan bütün aşağı yaş liqalarında çıxış edirik. “Dinamo” olaraq, futbola sadiq qalmışıq, 300 gəncin 10 komanda ilə AFFA-nın liqalarında oynamasını təmin etmişik. “Dinamo”nun 2-ci liqadakı komandasında da həmin liqadan gələn şəxlər çıxış edir. Hazırda komandada 14 futbolçumuz var ki, 19 yaşı tamam olmayıb. Gələn mövsüm də prioritetimiz həmin gənclər olacaq. Biz Azərbaycan futbolunun müəyyən pilləyə qalxması üçün böyük işlər görmək istəyirik. Təəssüf ki, maliyyə durumu buna imkan vermir, çətinlik yaradır. Bu işi gördüyünə görə elita klubları o boyda vəsait alırsa, “Dinamo” bundan məhrumdu. Sözün açığı, bununla bağlı AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə müraciət edəcəm. Məncə, bu məsələdə ədalət prinsipi bərpa olunmalıdı. Onu da nəzərə almaq lazımdı ki, bizim əziyyətlə yetişdirdiyimiz futbolçulardan yeddisi milli komandaya dəvət alıb. 42 nəfər isə premyer-liqada çıxış edən klublarda oynayır. “Dinamo” Futbol Klubu İsgəndər Cavadov Akademiyası ilə birgə Azərbaycan futboluna layiqli qüvvə hazırlamaq üçün əlindən gələni edir. Bu məsələlərdə AFFA-nın yeni rəhbərliyinin bizə dəstək olacağına inanırıq. Mən buna şübhə etmirəm. Çünki onların da niyyəti Azərbaycan futboluna xidmət etməkdi. Yəqin ki, yaxın günlərdə bu məsələ ilə bağlı müsbət məqamlar olacaq. Məqsədimiz Azərbaycan futbolunun beynəlxalq arenada layiqincə çıxış etməsidi. U-20 liqasının yaranmasını da tövsiyə edirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan prezidenti 2027-ci ildə 20 yaşa qədər futbolçuların dünya çempionatının bu iki ölkədə keçirilməsi ilə bağlı razılıq əldə edib. Nəzərə alaq ki, Azərbaycanda U-20 komandası yoxdu. “Futbol+” vasitəsi ilə birbaşa AFFA rəhbərliyinə müraciət etmək istəyirəm ki, bu il U-20 liqasının yaranması ilə bağlı qərar qəbul olunsun. Futbolçularımız yubana bilər. AFFA İcraiyyə Komitəsi U-20 liqasının yaranması ilə bağlı qərar versə, futbol ictimaiyyəti tərəfindən çox müsbət qarşılanar. Həmçinin ev sahibi olan U-20 milli komandalarının – Azərbaycan və Özbəkistan millilərilərinin çempionatda birbaşa çıxış etməsi təmin olunsun ki, nəhayət, 20 yaşlılardan ibarət milli komandamızı dünya çempionatında görək. Premyer-liqada da legioner limiti ləğv olub, gənc futbolçulara nadir hallarda rast gələcəyik”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri