Yaşayış icazəsinə görə səfirliklərdə izdiham yarandı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İspaniya hökuməti 500 min qanunsuz miqranta qanuni status vermək üçün yeni tənzimləyici proqram elan etdikdən sonra ölkədə böhran yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, sənədlərini təqdim etmək istəyən miqrantlar səfirliklərin qarşısında izdihama səbəb olublar.
Madriddəki Qambiya səfirliyinin qarşısında gecədən etibarən növbəyə duran yüzlərlə insan səhər tezdən təyinatların dolu olduğunu öyrənərək məyusluq yaşayıb. Sosial mediada yayılan görüntülərdə bir qrup insanın səfirlik divarlarına dırmaşdığı, hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin isə asayişi pozmadan nəzarət etməyə çalışdığı görünür.
Prosesin başlaması ölkə daxilində inzibati sistemə təzyiqi artırıb. Kataloniya, Əndəlüs və Asturiya kimi bölgələrdə minlərlə insan rəsmi təsdiq möhürlərini əldə etmək üçün gecəni küçələrdə və hökumət binalarının qarşısında keçirib. Müraciət mərkəzlərinin qarşısındakı böyük növbələr işçilərin və infrastrukturun tələbatını aşaraq dövlət qurumlarını çətin vəziyyətə salıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 May 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















