Icma.az
close
up
RU
Yaşayış minimumu necə olmalıdır?

Yaşayış minimumu necə olmalıdır?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. 

Lakin bəzi iqtisadçılar hesab edirlər ki, qonşu dövlətlərlə müqayisədə ölkəmizdə yaşayış minimu çox aşağıdır.

Bəs minimum istehlak səbətinin dəyəri nə qədər olmalıdır?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə minimum istehlak səbətinin dəyəri insanları qane etmir:

“Zamanla yaşayış minimumunun məbləğinin və minimum istehlak səbətinin tərkibinin müəyyən edilməsi metodikası tənqid olunub. Qanunvericiliyə əsasən, minimum istehlak səbətinin tərkibinə 3 ildən bir baxılmalıdır. 

Lakin ölkəmizdə bu məsələ nədənsə diqqətdən kənar qalır. Buna baxılsa belə, ciddi dəyişiklərə gedilməyib, yalnız bir sıra məhsullar üzrə cüzi artımlara var”.

O bildirib ki, Azərbaycanda istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150-yə yaxındır: 

“Lakin inkişaf etmiş ölkələrdə həmin göstərici 350 civarındadır. Ölkəmizdə “meyvə və giləmeyvə” üzrə illik istehlak bir nəfər üçün 38 kq müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ilə bağlı qərarın əlavəsi barədə ictimaiyyətdə o qədərdə geniş məlumat yoxdur. Sadəcə ümümi olaraq orta bir rəqəm götürülüb.

Həmçinin bir başqa problem qida normalarının səviyyəsi ilə bağlıdır. Belə ki, bir nəfər üçün ət və ət istehlakı şimal qonşumuz Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq, meyvə və giləmeyvə istehlakı Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq və balıq məhsulları Rusiyada 18.5 kq, Azərbaycanda 7.7 kq minimum norma kimi təsdiqlənib”.

Vüqar Qocayev qeyd edib ki, ölkəmizdə yaşayış minimumunun məbləği yenilənməlidir:

“Hər ilin sonunda ölkəmizdə bir sıra yeni qərarlar qəbul olunur. Yaşayış minimumuda yenilənməlidir. Xüsusən də ərzaq və qeyri-ərzaq məhsullarına baxılmalıdır. İstehlak səbətinə yeni çeşidlər əlavə olunmalıdır. Götürülən minimumun rəqəmlər də yenilənməlidir. Güman edirəm ki, cari ildə bu məsələyə baxılacaq”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri