Yaşayış olmayan yerdə metro inşaatı: israf, yoxsa uzaqgörənlik?
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bir neçə il əvvələ qayıdaq: Metronun Dərnəgül stansiyası təzə açıldıqda çoxları sərnişin azlığını tənqid edirdi. Hətta belə iddia səsləndirənlər də vardı ki, dövlətin pulu boş yerə sərf olunub, stansiyada sərnişin axını seyrək olacaq və s.
Avtosfer.az xəbər verir ki, 2000-ci illərin əvvəllərində Çinin böyük şəhərlərinin kənarlarında, yaşayış olmayan ərazilərdə onlarla metro stansiyasının tikintisinə start verildi. Pekin Olimpiadasına hazırlıq çərçivəsində infrastruktura 40 milyard dollar vəsait ayrıldı. Bu vəsaitin əksər hissəsi metro tikintisinə yönəldi.
Layihə Çindən daha çox ölkə xaricində müzakirə mövzusu oldu. Hamını bir sual maraqlandırırdı: çölün ortasında metro stansiyası nəyə lazımdır?
Sən demə, Konfutsinin nəticələrinin fəlsəfəsi tam baqaşdır, sadəcə olaraq dünya onları anlamağa çətinlik çəkir. Məsələ burasındadır ki, çinlilərin yanaşması fərqlidir: əvvəl infrastruktur, sonra məskunlaşma. Avropa və digər ölkələrin təcrübəsindən görünür ki, sıx məskunlaşmış ərazidə infrastruktur, xüsusən də nəqliyyat sistemi qurmaq çox çətindir. Boş ərazidə isə planlama daha asandır.
Çində kabus stansiyaların ətrafı bir neçə il ərzində doldu və uzaqgörən planlama özünü doğrultdu.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















