Icma.az
close
up
RU
Yaşayış üçün yararlı planetlərin sayı açıqlandı

Yaşayış üçün yararlı planetlərin sayı açıqlandı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Astronomlar potensial yaşayış üçün yararlı olan dünyaların siyahısını minlərlə obyektdən bir neçə onluğa qədər ixtisar ediblər.

"Ölkə.az" xəbər verir ki, tədqiqat işi "Monthly Notices of the Royal Astronomical Society" (MNRAS) jurnalında dərc olunub.

Alimlər məlum olan 6000-dən çox ekzoplanet arasından həyatın mövcudluğu üçün daha yüksək ehtimala malik olan 45 qayalıq planeti ayırıblar.

Komanda ulduzun ətrafındakı "yaşayış zonasında" - temperaturun maye suyun mövcudluğuna imkan verdiyi bölgədə yerləşən planetləri müəyyən etmək üçün "Gaia" missiyasının və NASA-nın "Exoplanet Archive" məlumatlarını təhlil edib. Məhz maye suyun mövcudluğu həyat üçün əsas şərt hesab olunur, buna görə də belə planetlər növbəti müşahidələr üçün əsas namizədlər kimi nəzərdən keçirilir.

Ən perspektivli obyektlər arasında "Proxima Centauri b", "TRAPPIST-1e", "TRAPPIST-1f" və "Kepler-186f" yer alır. Alimlər Yerdən cəmi 40 işıq ili məsafədə yerləşən "TRAPPIST-1" sisteminə, həmçinin "LHS 1140 b" planetinə xüsusi diqqət yetirirlər. Bu dünyaların bəziləri öz ulduzlarından təxminən Yerin Günəşdən aldığı qədər enerji alırlar. Bu isə onları atmosfer və mümkün biosinqnaturların (həyat izlərinin) axtarışı üçün xüsusilə maraqlı edir.

Bundan əlavə, tədqiqatçılar daha dar çərçivədə müəyyən edilmiş yaşayış zonasında yerləşən daha 24 planeti fərqləndiriblər. Həmçinin siyahıya "TOI-700e" və "K2-3d" kimi dartılmış orbitə malik obyektlər də daxil edilib; məqsəd planetlərin vaxtaşırı olaraq əlverişli temperatur hədlərindən kənara çıxdığı halda belə, yaşayış üçün yararlı qalıb-qalmadığını anlamaqdır.

Hazırlanmış kataloq astronomlara diqqəti ən perspektivli hədəflərə yönəltməyə kömək etməlidir. Yaxın illərdə onlar kosmik və yerüstü teleskoplar vasitəsilə öyrəniləcək. Alimlər ümid edirlər ki, detallı müşahidələr bu planetlərin atmosferinin olub-olmadığını və səthlərindəki şəraiti müəyyən etməyə imkan verəcək. Bu, kənar dünyalarda həyatın axtarışı və kainatda yaşayış sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində növbəti addım olacaq.(publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Mart 2026 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri