Icma.az
close
up
RU
Yasda əsas məqsəd nədir dua, yoxsa nümayiş? SORĞU

Yasda əsas məqsəd nədir dua, yoxsa nümayiş? SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə yas mərasimlərinin keçirilmə forması xeyli dəyişib. Əvvəllər sadəlik, təvazökarlıq və mərhumun xatirəsinə hörmət üzərində qurulan bu mərasimlər indi bəzən tam fərqli mənzərə yaradır. Bəzi hallarda yas yerlərində dəbdəbəli süfrələr açılır, bahalı menyular təqdim olunur. Bəzi məkanlar isə yas təşkil edənlərə məcburi şəkildə müəyyən xidmət paketləri və menyular təklif edirlər. Bu isə cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olur: görəsən, bu cür yanaşma bizim ənənələrimizə, yasın mahiyyətinə və dini baxımdan məqsədinə nə dərəcədə uyğundur? Maraqlıdır, insanlar bu halı necə qarşılayır? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Zərqəlan Cavadova: “Yas mərasimi sadə şəkildə keçirilməlidir. Bizim tərəflərdə indi mərasimlər daha sadə olur, əvvəllər isə çox təmtəraqlı keçirilirdi. İndi süfrədə əsasən qoğal, xurma və halva olur, yemək olaraq isə pilov verilir. Amma əvvəllər vəziyyət tamam fərqli idi — 3-4 cür yeməklər, meyvələr təqdim edilirdi. İndi yaxşı ki, bu adət bir qədər azalıb. Hazırda qaldığım Mehdabadda yas mərasimləri üçün xüsusi yerlər var. Molla gəlir, dua oxuyur və gedir. Artıq mərasimlərdə ağlamaq da əvvəlki kimi deyil. Amma bəzi yerlərdə mollalar xarici maşınla gəlir, bir dua oxuyub 100 manat alıb gedirlər. Mən yasın sadə keçirilməsinin tərəfdarıyam. Çünki birinin imkanı var, o təmtəraqlı keçirir, digəri məcbur qalıb onu təkrarlayır ki, qınaq obyektinə çevrilməsin. Rəhmətə gedənin başdaşı, məkan və digər məsələlər onsuz da ailə üçün maddi yük yaradır”.

Şəhər sakini Teyfə Xudayarova: “Yas mərasimi sadə olmalıdır. Kimin imkanı varsa, o daha təmtəraqlı keçirir, amma imkanı olmayanlar utanır ki, "digəri belə etdi, mən edə bilmirəm". Halbuki yasda əsas olan süfrənin bolluğu deyil. Bir çay, qoğal, limon, xurma, pendir kifayətdir. Yasda sadəlik həm mənəvi, həm də dini baxımdan daha uyğundur.”

Şəhər sakini Namizəd Əliyev: “Yasda ümumiyyətlə yemək olmamalıdır. İnsanlar yasa yemək üçün gəlməməlidir. Sadəcə çay, xurma və konfet kifayətdir. Bəzi ailələr maddi vəziyyətləri zəif olsa da, heyvan kəsirlər, bu isə əlavə xərcdir. Məncə, yas mərasimi sadə başsağlığı ilə kifayətlənməlidir, təmtəraqlı yeməklərə ehtiyac yoxdur.”

Şəhər sakini İlyas Abbasov: “Bu, həqiqətən çətin və düşündürücü bir məsələdir. Əvvəllər insanlar yas mərasimlərində bir-birinə mənəvi və maddi dəstək olmaq üçün iştirak edirdilər. Amma indi bəzi yerlərdə elə bil şənlik keçirilir — süfrələr, bəzək-düzək... İnsanlar unudurlar ki, yasın məqsədi mərhumun ailəsinə mənəvi dayaq olmaqdır. Təəssüf ki, indi yasda şəxsi söhbətlər, müzakirələr daha çox olur. Məncə, bu cür təmtərağın qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Yas mərasimi bəzək-düzəklə yox, mənəvi dəstək və sadəliklə yadda qalmalıdır.”

Şəhər sakini Nisə Qafarova: “Düzünü desəm, yas mərasimində şəxsən iştirak etməmişəm, amma gördüyüm qədərilə bu cür tədbirlərin təntənəli şəkildə keçirilməsi düzgün deyil. İnsan dünyasını dəyişibsə, onun üçün təmtəraqlı süfrələr açmaq, bahalı məkanlarda mərasim keçirmək yersizdir. Həyatdaykən insanın yaxşı günlərini qeyd etmək daha doğrudur. Üstəlik, yas məkanlarının qiymətləri də çox bahadır, bu da maddi imkanı az olan ailələr üçün əlavə çətinlik yaradır".

Şəhər sakini Şaiq Hüseynəliyev: “Yas mərasiminin toy səviyyəsində keçirilməsinin əleyhinəyəm. Düşünürəm ki, süfrədə sadəcə halva, salat, limonlu çay və şirniyyat olmalıdır. Biz yalnız uzaqdan gələnlər üçün ayrıca yemək hazırlayırıq, başqa heç nə.”

Şəhər sakini Təranə Abdullayeva: “Bu, çox aktual bir məsələdir. İslam dünyasının əksər ölkələrində yas sadəcə dini mərasim formasında keçirilir — mərhum üçün dualar oxunur, halva paylanır və insanlar başsağlığı verib gedirlər. Amma Azərbaycanda vəziyyət fərqlidir: bəzən yas, demək olar ki, toy səviyyəsində olur. Ailə qınaq obyektinə çevrilməmək üçün borca düşür, xərcə girir. Halbuki bunun heç bir mənası yoxdur. Yas mərasimi təmtəraqla deyil, sadəlik və hörmətlə keçirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri